Ramil Şeydayevin yeni klubu rəsmən açıqlandı

İDMAN 17 fev 2020, 21:32

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin karyerasını yenidən ölkəmizdə davam etdirəcəyi rəsmiləşib.


Demokrat.az APA-ya istinadən xəbər verir ki, 24 yaşlı futbolçu "Sabah" klubu ilə müqavilə imzalayıb.


Anlaşmaya əsasən, Şeydayev mövsümün sonuna qədər Bakı təmsilçisinin uğurları üçün çalışacaq. O, yeni komandasında 99 nömrəli formada çıxış edəcək.


Ramil futbolçu karyerasına Rusiyanın “Zenit” klubunda başlayıb. Daha sonra Sankt-Peterburq təmsilçisinin əsas komandasının, Rusiyanın “Rubin”, “Krılya Sovetov”, “Dinamo” (Moskva), Türkiyənin “Trabzonspor”, Slovakiyanın “Jilina” klublarının və ölkəmizdə “Qarabağ”ın uğurları üçün çalışıb.


Şeydayev Rusiya millisinin aşağı yaş qruplarının, həmçinin bu ölkənin 21 yaşadək futbolçulardan ibarət komandasının üzvü olub. 2016-cı ildən Azərbaycan yığmasının şərəfini qoruyan Ramil, əsas millimizdə keçirdiyi 26 oyunda 4 qola imza atıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top