Futbol üzrə U-21 yığmamızın üzvü Arziman Rizvanovun çıxış etdiyi “Avanqard” klubu Ukraynanın II Liqasında növbəti turun oyununa çıxıb.
Demokrat.az xəbər verir ki, adıçəkilən klub “Dnepr”in U-21 komandası ilə üz-üzə gəlib.
Bu matçda "Avanqard" rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Millimizin yarımmüdafiəçisi A.Rizvanov ikinci hissədə meydana çıxıb və üçüncü qolun ötürməsini verib.
Demokrat.az həmin görüntüləri təqdim edir: