Rafael Ağayev qızıl medal qazandı

İDMAN 16 fev 2020, 23:13

Rafael Ağayev (-75 kq) Dubayda Karate1 Premyer Liqa turnirinin qalibi olub.


Demokrat.az “oxu.az”a istinadən xəbər verir ki, o, finalda italyan rəqibi Luici Bucanı məğlub edib - 3:2.


İrina Zaretskaya (-67 kq) isə yarışın bürünc medalını qazanmaqla, həm də Tokio Olimpiadasına lisenziyanı vaxtından əvvəl təmin edib.


Daha bir idmançımız Rafiz Həsənov (-67 kq) üçüncü yer uğrunda görüşdə türkiyəli rəqibinə 0:2 hesabı ilə məğub olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top