İlham Əliyev Paşinyanın Ayaz Mütəllibovla bağlı iddiasına cavab verdi

SİYASƏT 15 fev 2020, 21:05

Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında debat keçirilir. 

 

Demokrat.az-ın xəbərinə görə, N.Paşinyan debatda absurd və həmişəki ampluasında çıxış edib. 

 

O bildirib ki, Xocalı faciəsi guya Azərbaycan tərəfindən həyata keçirlib. N.Paşinyan bunu deyərkən Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovdan “sitat gətirib”. 

 

Azərbaycan Prezidenti İlham Əliyev isə ona tutarlı cavab verib. Ölkə başçısı qeyd edib ki, internetdə axtarış aparmaqla kimin həqiqəti deməsini müəyyənləşdirmək olar. 

 

O bildirib ki, Ayaz Mütəllibov dəfələrlə Xocalı faciəsinin Azərbaycan tərəfindən törədildiyini deməsi ilə bağlı iddiaları təkzib edib. Ölkə başçısı qeyd edib ki, Qarabağ münaqişəsinin həlli üçün Ermənistan dərhal və qeyd-şərtsiz işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. (Oxu.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top