UEFA İngiltərə çempionunu Avrokuboklardan uzaqlaşdırdı — QƏRAR

İDMAN 14 fev 2020, 23:10

UEFA İngiltərənin "Mançester Siti" klubuna ağır cəza kəsib.


Demokrat.az qurumun saytına istinadla xəbər verir ki, son çempion Avrokuboklardan iki mövsüm müddətinə uzaqlaşdırılıb. Bu qərarın əsas səbəbi klubun maliyyə "fair-play" qaydalarını kobud şəkildə pozmasıdır. 


Beləliklə, Avropanın ali qurumunun cəzası əsasında "Mançester Siti" 2020-2021 və 2021-2022 mövsümlərində UEFA bayrağı altında olan yarışlarda iştirak edə bilməyəcək. Həmçinin, klub əlavə olaraq 30 milyon avro məbləğində cərimələnib.


Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top