Natiq Həziquliyev kimilər alətə necə çevrilir ? — Onların əsl üzü aşkara çıxır (FOTOLAR)

TƏHLİL 11 fev 2020, 14:08

Jurnalist Natiq Həziquliyev və onunla yanaşı bir neçə nəfər Almaniyanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib. Təbii ki, buna aksiya demək olarsa... Çünki onlar cəmi 8 nəfərdi. Bu barmaqla sayılası kəslər durublar səfirlik qarşısında və öz aləmlərində Azərbaycanda baş tutan seçkilərə etiraz nümayişi göstərirlər. 


Maraqlıdır, Berlinin mərkəzinə Natiq Həziquliyev qarışıq cəmi 8 nəfərlik etirazçı kimi küçələrə düşənlər öz himayədarlarına cəlbedici göründülərmi?  Sirr deyil ki, bu cür “aksiyalar” adətən Avropada bəzi mərkəz və dairələrin iradəsi və istəyi ilə idarə olunur. Onların maraqlarına uyğun olaraq, soydaşlarımızdan Natiq Həziquliyev kimiləri əldə alətə çevrilir. Təəssüf ki, belə hal nə birinci dəfədir ki, baş verir və yəqin ki, bundan sonra da davam edəcək. Erməni dəyirmanına su tökən bu şəxslərin və eləcə də onları “əlaltı” etmiş himayədarlarının əsas məqsədi və istəyi Azərbaycanı qarışdırmaq, firavan ölkəmizdə çaxnaşma yaratmaqdır. 


Məlumdur ki, ölkədə növbədənkənar parlament seçkiləri keçirildi və bəzi qayda pozuntularını nəzərə almasaq, hər şey yüksək səviyyədə təşkil olundu. Həmin qayda pzontuları isə təbii ki, nəzərdən qaça bilməzdi. Bunun nəticəsidir ki, dünən Mərkəzi Seçki Komissiyasının iclasında 4 dairə üzrə nəticələr ləğv olundu və bir sıra dairələr üzrə şikayətlərə baxılaması üçün dairə seçki komissiyalarına göndərildi. 

 


Bütün məqamlarda Azərbaycanda xaos və özbaşınalığın hökm sürməsinə maraqlı olan Qərb, o cümlədən Avropanın müəyyən dairələri hələ də gözləmə mövqeyində durmaqdadır. Belə ki, Azərbaycan adına yaxşı olan nə varsa, onları dərhal narahat eməyə və narazı salmağa başlayır. Yekunda isə Natiq Həziquliyev kimilərinin ağzına “tula payı” atılır və onlar “gərgin iş” prosesinə start verirlər. 


Natiq və onun dostlarının keçirdiyi o aksiyada dövlətin atributu olan Azərbaycan bayrağını elə tuturlar ki, sanki bu dövləti və onun rəmzlərini himayədarları ilə birgə sidqi ürəkdən sevirlər. Anlamırlar ki, Avropada oturan o şəxslər Natiq kimilərdən sadəcə istifadə etməkdə maraqlıdır. Günü sabah olmayacaq Natiq, olacaq qeyrisi. Yenidən Azərbaycanın inkişafını, yaxşılığa doğru dəyişməsini istəməyən xarici qüvvələrin əlində alətə çevrilmiş olacaqlar. 


Həmin anti-milli insanların saxta millətçilik və saxta vətənpərvərliyi üzə dərhal çıxır. Onlar vətərpərvərlik, demokratiya, vətən, xalq sevgisi adı altında pərdələnmiş şəxslərdir. Məhz bu məqamda onların mahiyyətləri yenidən üzə çıxdı. Bu cür hallar isə əldə alətə çevrilmişlərin  qrant davasından, maddi rifahlarını yaxşılaşdırmaq istəyindən irəli gəlir. Konkret, öz büdcələrini, ciblərini doldurmaq istəyirlər. 

 


Daim istifadə etdikləri və arxalarında gizləndikləri “demokratiya, insan hüquq və azadlıqlarının təminatı” pərdəsi artıq çoxdan cırılb və onların əsl üzü aşkara çıxıb. 


Xaricdə yaşayan və Azərbaycan dövləti əleyhinə ardıcıl şəkildə kampaniya aparan bu şəbəkənin üzvləri belə addımlarla özlərini faş etmiş olurlar. Özlərini demokratiya carçısı və ədalət tərəfdarı kimi qələmə verirlər. Sözdə dövlət və millətin qayğısı ilə yaşadıqlarını bəyan edirlər. Əslində isə xarici anti-Azərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fəaliyyət göstərir və sifariş yerinə yetirirlər. Xain və düşmən dəyirmanına su tökən belə ünsürlər bu yolla çox gedə bilməzlər.


Elçin Rizvanoğlu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top