Azərbaycanda "Formula 1" ilə əlaqədar 10 min iş yeri açılır - RƏSMİ MƏLUMAT

İDMAN 12 fev 2020, 12:07

Hər il "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar ölkədə 10 min yeni iş yeri açılır".

 

Demokrat.az "Report"a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Bakı Konqres Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransda çıxışında deyib.

 

O bildirib ki, böyük tədbirlər zamanı ekoloji cəhətdən düzgün davranmaq lazımdır.

 

Qeyd edək ki, bu il "Formula 1" üzrə Azərbaycan Qran-prisi 5 - 7 iyunda olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top