Məşqçi Anar Allahverdiyevdən ardıcıl 3-cü REKORD GÖSTƏRİCİ — FOTOLAR

İDMAN 11 fev 2020, 20:02

Azərbaycan karateçiləri Yeniyetmə və Gənclər arasında növbəti Avropa çempionatında 8 medal qazanıb.


Demokrat.az xəbər verir ki, Macarıstanda düzənlənən qitə çempionatında Azərbaycan karateçiləri 4 qızıl, 1 gümüş və 3 bürünc medalla 52 ölkə arasında 3-cü yeri tutub. 

 

Yeniyetmə və gənclər seçmə komandasının baş məşqçisi Anar Allahverdiyev, kişilərdən ibarət milli komandanın böyük məşqçisi Şahin Xudaverdiyevin rəhbərliyi ilə karateçilərimiz bu yaş qrupları üzrə komanda tarixində ən yüksək nəticəsini göstərib.

 

Yarışın son günündə 18-21 yaşlı gənclər arasında üçüncü yeri tutan Fidan Teymurova (-50 kq) və Mədinə Sadıqova (-55 kq, hər iksinin şəxsi məşqçisi Seymur Xudaverdiyev) bürünc medalların sayını üçə çatdırıblar.

 

A.Allahverdiyev hesab edir ki, yeniyetmələrin heyətində 2022-ci il gənclərin olimpiadasına lisenziya qazana biləcək perspektivli idmançılar da var.

 

 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top