Tramp koronavirusun sonu barədə açıqlama verdi: "Apreldə epidemiya başa çatacaq"

DÜNYA 11 fev 2020, 15:38

ABŞ prezidenti Donald Tramp koronavirus epidemiyasının bu ilin aprelində sona çatacağını bildirib.


Bu barədə RİA “Novosti” xəbər verir. “Koronavirus barədə, insanlar düşünürlər ki, o isti səbəbindən apreldə gedəcək”, – deyə ABŞ prezidenti qubernatorlarla görüşdə bildirib.


“Ümumiyyətlə, isti belə virusu öldürür”, – Tramp deyib. ABŞ prezidentinin sözlərinə, Çin virus epidemiyasının apreldə başa çatacağı barədə onu əmin edib.


Tramp həmçinin deyib ki, ABŞ-da koronavirusla mübarizədə “vəziyyət yaxşıdır”.


Qeyd edək ki, Birləşmiş Ştatlarda koronavirusdan ölənlərin sayı 13 nəfərə çatıb. (Report)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top