ABŞ-da polis idarəsinə silahlı hücum baş verdi — VİDEO

DÜNYA 10 fev 2020, 02:24

Nyu-Yorkun Bronks rayonunda naməlum şəxs polis idarəsinə silahlı hücum həyata keçirib. Nəticədə hüquq mühafizəçilərdən biri yaralanıb.

 

Bu barədə NBC telekanalı xəbər yayıb.


Bildirilir ki, şübhəli artıq saxlanılıb, onun adı açıqlanmır.


Yerli hökumət nümayəndələri bir gün əvvəl Bronksda polis avtomobilinə hücum həyata keçirən adamın da bu şəxs olduğunu hesab edir. Həmin hadisə vaxtı da hüquq mühafizə orqanı əməkdaşlarından biri yaralanmışdı.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top