Koronavirusa yoluxma bu tarixdə pik həddə çatacaq

DÜNYA 09 fev 2020, 21:05

Böyük Britaniya alimləri koronavirusun pik həddə yayılacağı vaxtı açıqlayıblar.


“Bloomberg”in xəbərinə görə, Londonda “Tropik xəstəliklərin Gigiyena və Tədqiqat Məktəbi” alimlərinin qənaətinə əsasən, bu, fevralın ikinci yarısında baş verəcək.


Virusla bağlı qeyri-müəyyənlik xəstəliyin kulminasiya nöqtəsinə çatacaq dəqiq tarixi deməyə çətinlik yaradır.


Tədqiqatçılar bildirir ki, yeni növ koronavirus Uhanda hər iyirmi nəfərdən birinə yoluxub.


“Xəstəliyin pik həddə çatacağı zaman Uhanda şəhər əhalisinin beş faizi də virusa yoluxacaq, bu da təqribən beş yüz min nəfər deməkdir”, - deyə mütəxəssislərdən biri bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top