27 nəfəri öldürən əsgər zərərsizləşdirildi

DÜNYA 09 fev 2020, 11:45

Tailandda ticarət mərkəzində 27 nəfəri qətlə yetirən əsgər Cakrapan Tomma zərərsizləşdirilib.


“Qafqazinfo”nun “Röyters”ə istinadən verdiyi xəbərə görə, o, xüsusi qüvvələr tərəfindən məhv edilib. Tailand polis rəisi Çaktip Çayinda xüsusi əməliyyatın bitdiyini açıqlayıb.


Qeyd edək ki, fevralın 8-də Tomma hərbi düşərgədə komandirini və daha iki nəfəri öldürdükdən sonra küçədə və ticarət mərkəzində insanları güllələyib. Nəticədə 27 nəfər ölüb, 63 nəfər xəsarət alıb.

 

Baş Nazir Prayut Çan bildirib ki, məsələ daxili qarşıdurma ilə bağlı olub. Belə ki, Tomma ilə həmkarları arasında evin satılması ilə bağlı münaqişə yaranıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top