ABŞ-da 200-dən çox insan təhlükəli virusa yoluxdu

DÜNYA 08 fev 2020, 09:27

ABŞ-ın Luiziana ştatının Leyk-Çarlz şəhərində yüzlərlə insan norovirusa yoluxub.


Bu barədə WVUE telekanalı bildirib.


Qeyd edilir ki, hadisə ötən həftə baş verib. “L'Auberge” kazinosunda azı 200 nəfər virusa yoluxub.


Ştatın Səhiyyə Nazirliyinin rəhbəri Leysi Kavano bildirib ki, virus çox güclü yoluxucu təsirə malikdir. "Hazırda bunun necə yayılmağa başlamasının heç bir əhəmiyyəti yoxdur. Bir halda ki indi biz cəmiyyətin daxilində virusun ötürülməsini müşahidə edirik", - o qeyd edib.


Norovirus kəskin bağırsaq infeksiyasına səbəb olur. Bəzən bunu bağırsaq və ya mədə qripi adlandırırlar. (“Report”)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top