Özünü asaraq intihar edən həkimin ölüm səbəbi bilindi

KRİMİNAL 07 fev 2020, 17:26

Bakıda aptek sahibi, həkim Sənan Həsənov intihar edib.


Demokrat.az-ın "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, 49 yaşlı S.Həsənov bu gün Yasamal rayonunda yerləşən özünə məxsus aptekdə dərman içərək özünü öldürüb. 


Məlumata görə, S.Həsənovun dərman biznesi ilə bağlı çoxlu borcu yaranıb və son vaxtlar pulu qaytara bilmədiyi üçün depressiyaya düşüb. İlkin ehtimala görə, S.Həsənov bu səbəbdən intihar edib.


O, son paylaşımlarından birində jurnalist İbrahim Nəbioğlunun xoşbəxtliklə bağlı məqaləsini paylaşaraq "Nə xoşbəxtdir ki, bu məqalədə qeyd edilən təki xoşbəxt olmaq. Oxuyun, xoşbəxt olun, zaman gedir”, - deyə qeyd edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top