Bakıda dəhşətli qətl: Qardaş bacısının boğazını kəsdi

KRİMİNAL 07 fev 2020, 10:29

Bakıda qardaş bacısını qətlə yetirib.


Demokrat.az report-a istinadən xəbər verir ki, hadisə fevralın 6-da, paytaxtın Nəsimi rayon ərtazisində qeydə alınıb.


Belə ki, Zəngilan rayon sakini, 1963-cü il təvəllüdlü, Sahib Cəfərov bacısı, 1967-ci il təvəllüdlü Tovus Cəfərovanı qısqanclıq zəminində boğazını ülgünclə kəsərək qətlə yetirib.


Daha sonra S.Cəfərov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə könüllü gələrək törətdiyi cinayəti etiraf edib.


Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsədən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top