Gürcüstanda Çin vətəndaşı koronavirus ehtimalı ilə xəstəxanaya yerləşdirildi

DÜNYA 06 fev 2020, 19:57

Çin vətəndaşı respirator xəstəlik simptomları ilə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.

 

“Report”un yerli bürosu xəbər verir ki, qadında yüksək temperatur, baş ağrısı, öskürək və ümumi halsızlıq qeydə alınıb.

 

Xəstəxanada pasiyentin vəziyyətini qənaətbəxş qiymətləndiriblər. Çinli qadında koronavirus infeksiyasının olması az ehtimal olunsa da, yekun nəticələr analizdən sonra məlum olacaq.

 

Çin vətəndaşının yanvarın 27-də Pekini tərk etdiyi, daha sonra Qazaxıstanda olduğu və Gürcüstana səfər etdiyi bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top