Deputatdan qalmaqallı təklif: "Borclarını ödəyə bilməyənlər orqanlarını satsın" (FOTO)

DÜNYA 06 fev 2020, 16:40

Ukraynanın "Həyat naminə" müxalifət partiyasından millət vəkili seçilən İlya Kiva kommunal borclarını ödəyə bilməyən vətəndaşlara orqanlarını satmağı tövsiyyə edib.

 
Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, yəhudi əsilli deputat bu sözləri jurnalistlərə açıqlama verərkən deyib:

 
"Kommunal borclarını ödəyə bilməyən şəxslər cins itləri varsa, onu satsın, bu onların 1,5 illik borclarına bəs edər. Yox itin cinsi bahalı deyilsə, bu pul 1,5 aylıq borclarına bəs edər. Bunların heç biri yoxdusa, Moldovada orqan satışı qanuniləşdirilib. Ora köçüb böyrək kimi orqanlarından birini sataraq borclarını ödəyə bilər". 

 
Qeyd edək ki, bir neçə gün öncə Ukraynada buna bənzər daha bir qalmaqal yaşanıb. Belə ki, Prezident Vladimir Zelinskinin partiyasından olan millət vəkili Yevqeni Braqar aylıq maaşı 80 dollar olan Lübov Kolüça adlı 66 yaşlı qadına kommunal borclarını ödəmək üçün itini satmağı tövsiyyə edib. 
 

Millət vəkilinin bu sözləri sosial mediada böyük səs-küyə səbəb olandan sonra dediklərinə görə üzr istəyib. (qaynarinfo)

 

Deputatdan qalmaqallı təklif: Borclarını ödəyə bilməyənlər orqanlarını satsın

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top