Sabiq icra başçısının oğlu keçmiş həyat yoldaşının boğazını kəsdi

KRİMİNAL 03 fev 2020, 23:49

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.


Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə Hüseyn Cavid prospektində baş verib.


Hüseyn Cavid parkının yaxınlığında 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızı bədən və  
boğazından bıçaq xəsarətləri alıb.


Yaralı təcili xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib.


Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Məlum olub ki, D.Bəhmənova keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.


Qeyd edək ki, D.Bəhmənovanın keçmiş yoldaşı Şuşa şəhər icra hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğludur.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top