İdmançının ölümü ilə bağlı cinayət işi açıldı

KRİMİNAL 03 fev 2020, 12:01

Məşhur MMA döyüşçüsünün ölümü ilə bağlı cinayət işi başlanılıb. 


Belə ki, 11-ci sinif şagirdi olan Arzuman Abbasovun meyiti Sabunçu rayonu, Ramana qəsəbəsində yaşadığı evin hamam otağında tapılıb.


İlkin məlumata görə, o, çimərkən dəm qazından boğularaq ölüb. Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.


Ölümün səbəbinin dəqiq bilinməsi üçün məhkəmə tibb ekspertizası təyin edilib.


Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. (“Qafqazinfo”)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top