Azərbaycanda qidadan zəhərlənən qadın həyatını itirdi

HADİSƏ 25 yan 2020, 10:55

Naftalan sakini qidadan zəhərlənərək ölüb.

 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü Naftalan şəhər sakini Xəyalə İsmayılova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

İlkin məlumata görə, X. İsmayılova kolbasadan zəhərlənib.

 

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top