Bakıda sürücü "Gelandewagen"lə əks yola çıxıb avtoxuliqanlıq etdi — VİDEO

HADİSƏ 23 yan 2020, 20:44

Sosial şəbəkələrdə sürücünün kobud qayda pozuntusu kameraya çəkilib.  

 

Demokrat.az xəbər verir ki, "Tik-Tok"da paylaşılan videodan göründüyü kimi sürücü əks yola çıxaraq qəza şəraiti yaradır. 


Bakıda çəkilən bu görüntülər sosial şəbəkələrdə marağa səbəb olub. "Şükürov004" adlı istifadəçi öz "Tik-Tok" hesabında çox sayda bu cür videolar paylaşıb.  


Rusiya Federasiyasında qeydiyyata alınan "E100YE" (10) dövlət nömrə nişanlı "Gelandewagen"lə qayda pozan sürücü bir anda diqqət mərkəzinə düşüb. 


Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən Bakı şəhər BPİDYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirir ki, yayılan kadrlarla bağlı artıq araşdırmalar başlanılıb. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top