"Mançester Yunayted" klubunun qapıçısı qəza törədib — FOTOLAR

İDMAN 20 yan 2020, 23:02

İngiltərənin "Mançester Yunayted" klubunun qapıçısı Serxio Romero şəxsi avtomobili ilə qəza törədib.


"Report"un "Mirror" nəşrinə istinadən verdiyi məlumata görə, hadisə klubun bazasına yaxın yerdə baş verib.


200 min avro dəyəri olan "Lamborgini" markalı avtomobili ilə komandanın məşqinə tələsən argentinalı qolkiper yolda qəzaya uğrayıb. Klubdan verilən açıqlamada 33 yaşlı qolkiperin qəzadan salamat çıxdığı və xəsarət almadığı bildirilib.


Qeyd edək ki, Romero cari mövsüm "Mançester Yunayted"in heyətində 9 oyuna çıxıb və qapısında 2 top görüb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top