Narkotacir cinayət başında saxlanıldı

KRİMİNAL 17 yan 2020, 11:07

Astarada narkotacir cinayət başında saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Demokrat.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi növbəti uğurlu əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Məstiyev 150 qram narkotik vasitə heroini 4000 manata satarkən cinayət başında saxlanılıb. 

Üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə olaraq ondan 504 qram heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla T.Məstiyevin narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından əldə etdiyi, qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilmiş 654 qram heroini Ələt-Astara yolunun kənarında əvvəlcədən gizlədilmiş yerdən satışını təşkil etməkdən ötrü götürdüyü müəyyən olunub. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top