Əli Əhmədov: "BMT ilə əməkdaşlıq Azərbaycana böyük faydalar verib"

SİYASƏT 16 yan 2020, 14:21

“Azərbaycanla BMT arasında əməkdaşlıq hökumət tərəfindən hər zaman yüksək qiymətləndirilir”.

 

Bunu BMT ilə Azərbaycan arasında tərəfdaşlığın növbəti beşilliyi üçün prioritet sahələrin müəyyənləşdirilməsi məqsədilə keçirilən konfransda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Sədri, Baş Nazirin müavini Əli Əhmədov bildirib.

 

Ə. Əhmədov deyib ki, bu əməkdaşlıq Azərbaycana böyük faydalar verib və bundan sonra da fayda verməkdə davam edəcək: “Gənc dövlətlər içərisində Azərbaycan sürətli inkişaf yolu keçmiş ölkələrdəndir. Azərbaycan əhalisinin həyat şəraiti ciddi şəraitdə yaxşılaşıb. Azərbaycanın BMT ilə əlaqələri müxtəlif sahələri əhatə edir. Bunlardan biri də strateji əməkdaşlıqdır. BMT-nin həyata keçirdiyi qlobal layihələrdən biri dünyaya transformasiya layihəsidir. Azərbaycan BMT-nin təsdiq etdiyi qlobal layihənin inkişafında nəinki iştirak edir, həm də layihəyə böyük töhfələr verir. Azərbaycanın 2030-cu ilə qədər dünyamızın tranformasiyası layihəsinə töhfələri olacaq”. (apa)

 

Demokrat.az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top