Kəmaləddin Heydərovun atasının deputatlığa namizədliyi qeydə alındı

SİYASƏT 13 yan 2020, 22:56

Fəttah Heydərovun 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyi qeydə alınıb.

 

Demokrat.az-ın xəbərinə görə, F.Heydərov namizədliyini 116 saylı Qəbələ seçki dairəsindən irəli sürüb.

 

Hazırda həmin dairənin deputatı Fəttah Heydərovdur.

 

Hakim Yeni Azərbaycan Partiyası 116 saylı Qəbələ seçki dairəsindən Samir Əliyevin namizədliyini irəli sürüb.

 

Qeyd: 1995-ci ildən Milli Məclisin deputatı olan 81 yaşlı F.Heydərov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atasıdır. (pravda.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top