Müsavat başqanı ABŞ səfiri ilə görüşdü

SİYASƏT 13 yan 2020, 21:10

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger ilə görüşüb.


Müsavat Partiyasının mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, görüşdə Azərbaycandakı ictimai siyasi durum, regionda baş verən son hadisələr, fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri müzakirə olunub.


Görüşdə Müsavat başqanının müavini Səxavət Soltanlı, eləcə də ABŞ səfirliyinin siyasət şöbəsinin müdiri iştirak ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top