Polis Şəmkirdə əməliyyat keçirdi, qadın tutuldu — Səbəb hər kəsi şoka saldı

KRİMİNAL 11 yan 2020, 15:15

Şəmkirdə oğurluq olub.


DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Demokrat.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Gədəbəy rayon sakini Yaqub Tağıyev naməlum şəxs və ya şəxlərin ona məxsus fermadan ümumi dəyəri 4900 manat olan 5 baş iri buynuzlu mal-qaranı oğurladığını bildirib.


Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində müəyən olunub ki, Yaqub Tağıyevə məxsus 5 baş heyvanı onun keçmiş həyat yoldaşı Xəyalə İsmayılova oğurlayıb. 


O,  şöbəyə dəvət olunaraq proflaktiki söhbət aparılıb və oğurladığı heyvanların yeri müəyən edilərək sahibinə qaytarılıb. 


Faktla bağlı araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top