AFFA daha bir futbolçunu milliləşdirdi

İDMAN 10 yan 2020, 14:16

Dünyanın müxtəlif ölkələrindən olan futbolçuları milliləşdirməkdə olan AFFA daha bir xarici futbolçunu Azərbaycan yığmasına gətirir.

 

Qurum bu dəfə də türkiyəli futbolçu Muhammet Mustafa Yıldırımı milliləşdirib.

 

“Alanyaspor”un oyunçusu Azərbaycanın U-19 yığmasına çağırılıb. O, yanvarın 18-28-də keçiriləcək təlim-məşq toplanışına dəvət olunub.

 

Qeyd edək ki, millinin hazırlıqları Antalyada baş tutacaq. (Apasport.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top