Süleymaninin qisası alınacaq: Vaxt və yeri İran seçəcək

GÜNDƏM 04 yan 2020, 09:00

Tehran Bağdadda İran İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı general Qasım Süleymaninin öldürülməsinə göz yummayacaq.

 

Bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taht-Ravançı CNN telekanalına müsahibəsində qeyd edib.

 

İranlı diplomat xatırladıb ki, Vaşinqton Bağdad yaxınlığında raket zərbəsi ilə müharibənin yeni bölməsinə başlayıb. Onun sözlərinə əsasən, ABŞ hələ 2018-ci ildən iqtisadi sahədə birtərəfli qaydada Tehranla döyüşərək, İran xalqına güclü təzyiq göstərir.

 

“Şübhəsiz, İran buna göz yummayacaq. Qisas olacaq, İran lazım bildiyi qaydada cavab verəcək. Bu cür cavabın (qisasın – red.) vaxt və yerini İran müəyyənləşdirəcək”, - deyə Taht-Ravançi qeyd edib.

 

Xatırladaq ki, cümə axşamı Pentaqon ABŞ-ın İraqda İran generalı Qasım Süleymaninin məhv edilməsi ilə bağlı əməliyyat keçirdiyini təsdiqləyib. İranın Ali lideri ayətullah Seyid Əli Xamenei Qasım Süleymaninin ölümü münasibətilə ölkədə 3 gün matəm elan edib və generalın qisasını alacağına dair vəd verib. (oxu.az)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top