Deputatlığa namizəd müəllimlərə müraciət etdi: "Saxtakarlıq etməyin!"

GÜNDƏM 03 yan 2020, 13:03

30 Saylı Suraxanı birinci seçki dairəsindən VI çağırış Milli Məclisə seçkilər üzrə bitərəf namizəd Ziya Quliyev imzatoplama kampaniyası zamanı vətəndaşların bır sıra şikayət və təkliflərinin olduğunu bildirib.


Z.Quliyev Demokrat.az-a deyib ki, imzatoplama dövründə vətəndaşlardan şəxsiyyət vəsiqələrinin tələb edilməsi, onların yerli MKTSX(Jek)- lərə dəvət edilməsi halları ilə bağlı məlumatlar verilir:


"Bəzən vətəndaşlar deyirlər ki, 'MKTXS (Jek) işçiləri gəlib şəxsiyyət vəsiqələrimizi toplayaıb aparıblar'. Bu hala qarşı da mübarizə lazımdır. Vətəndaşın məlumatsızlığı və qorxu mühitinin yaratdığı bir mənzərədir.


Bu, yerli icra hakimiyyəti orqanlarının seçkiyə müdaxiləsinin bir elementidir. Seçki Məcəlləsinin 57-ci maddəsi dövlət qurumlarının, bələdiyyənin və hüquqi şəxslərin imza toplama prosesində iştirakın qadağan edir".

 
Ziya Quliyev, eyni zamanda müəllimlərə müraciət ünvanlayıb:
 

‘Əziz müəllimlər,


Sizin çətin və şərəfli peşə sahibi olduğunuzu bilirik və bu peşədə dürüst, ədalətli və vicdanlı bir vətəndaş kimi davrandığınızdan heç şübhəmiz yoxdur.


Ölkəmiz bir siyasi dəyişim və yenilənmə astanasındadır. Bu prosesdə insanların gələcəyini, şagird və tələbələrin ləyaqətini üstün tutaraq davranmanızı xahiş edirik.


Seçki prosesində tərəf olmadan, saxtakarlıqda iştirak etmədən, azad və ədalətli seçkilərin keçirilməsinə layiqli töhvə verəcəyinizə inanırıq. Heç bir dövlət qurumu, yerli icra hakimiyyəti, Seçki Komissiyası, namizdə və qeydə alınmış namizədin edə biləcəyi seçki saxtakarlığı, qanun pozuntusu və gələcəyimizi məhv edən əməllərində iştirak etməyəcəyinizə tam əminik!’  


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top