"Milli Məclis cənab Prezident tərəfindən aparılan islahatların daha uğurla getməsinə öz töhfəsini verəcək" — Deputat

GÜNDƏM 02 yan 2020, 16:51

“Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Bununla yanaşı, ölkəmizdə zamanın çağırışlarına uyğun olaraq genişmiqyaslı islahatlar həyata keçirilir, ölkəmizin qüdrətinin daha da artmasına xidmət edən mühüm addımlar atılır”.

 

Bunu e-huquq.az-a açıqlamasında V çağırış Milli Məclisin deputatı, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Madər Musayev deyib.

 

M.Musayev qeyd edib ki, son zamanlar Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlara uyğun olaraq həyata keçirilən tədbirlər sosial, iqtisadi və digər sahələri əhatə edən islahatların davamlı xarakter daşıdığını göstərir. Yəni bütün bu tədbirlər uzunmüddətli islahatlar paketinin tərkib hissəsidir. Vətəndaşların rifahını başlıca vəzifəsi hesab edən Prezident İlham Əliyev onların sosial, iqtisadi əmin-amanlıqlarını qorumağa çalışan bir sistem yaratmaq məqsədinə nail olmaq üçün cəmiyyətin bütün sferalarında ciddi islahatlar aparır”.


Onun sözlərinə görə, Azərbaycanda aparılan ciddi islahatlar artıq növbəti mərhələsinə qədəm qoyub. Bu islahatlar Azərbaycan xalqı tərəfindən dəstəklənir: “Azərbaycan xalqı bu islahatların uğurlarını, nəticələrini görür, öz həyatında bunu hiss edir. Onlar bu islahatların tərəfdarıdır. Ona görə də islahatların davamlı olması, uğurla başa çatması üçün hakimiyyətin bütün qanadlarının buna dəstək verməsi zərurəti yaranıb. İcra strukturlarında, nazirliklərdə, komitələrdə, hətta Nazirlər Kabinetində islahatlar gedir, müəyyən dəyişikliklərin nəticələrini görürük. Məhkəmə-hüquq sahəsində islahatların daha da dərinləşdirilməsi ilə bağlı addımlar atılır”.

 

M.Musayev deyib  ki, Azərbaycanda aparılan islahatların daha uğurlu olması və sürətlə getməsi üçün ali qanunverici orqanın da bu proseslərə qoşulması vacib idi: “Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının təşəbbüsünə Milli Məclisdə çoxluq təşkil edən YAP-çı deputatların, digər siyasi partiyaları təmsil edən və bitərəflər millət vəkillərinin  qoşulması bir daha onu göstərdi ki, hər bir kəs üçün milli və dövlət maraqlarının şəxsi maraqlardan üstündür. Hesab edirəm ki, yeni formalaşacaq parlament də ölkə başçısı tərəfindən uğurla aparılan islahatlara dəstək olacaq. 

 

Beləliklə də Milli Məclis cənab Prezident tərəfindən aparılan islahatların daha uğurla getməsinə öz töhfəsini verəcək”.

 

Madər Musayev həmçinin Prezident İlham Əliyev tərəfindən 2020-ci il Azərbaycanda "Könüllülər ili" kimi elan olunmasına da münasibət bildirib: “Bu, bir daha ölkə başçısı tərəfindən könüllü ruhu ilə yaşayan və yaradan insanların əməyinə verilən yüksək qiymətdir".

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top