Mehdi Hüseynzadə stadionu təmirdən sonra belə olacaq — FOTO

İDMAN 29 dek 2019, 13:29

Məlum olduğu kimi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təmir işləri başlayıb.


Demokrat.az xəbər verir ki, yeni stadionun üstü örtülü olacaq. Ot örtüyü Hollandiyadan sifariş olunub. 


Qaçış zolağı ləğv ediləcək və genişlənmiş ərazidə üstü örtülü iki ehtiyat meydança da tikiləcək. 

 

Jurnalist Anar Xanlarov stadionun təmirdən sonrakı forması barədə paylaşım edib. 


Onun sözlərinə görə, bu hələlik tam təsdiq olunmasa da, stadion böyük ehtimalla aşağıda təqdim etdiyimiz fotodakı kimi olacaq. 


Qeyd edək ki, stadionun tamaşaçı tutumu 18 min nəfər olacaq.(Offsideplus.az )

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top