Hakim partiya Ramiz Mehdiyevin kürəkəninin namizədliyini irəli sürmədi

GÜNDƏM 27 dek 2019, 19:13

V çağırış Milli Məclisin deputatı İlham Əliyev 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

 

Demokrat.az-ın xəbərinə görə, buna səbəb hakim Yeni Azərbaycan Partiyasının (YAP) İ.Əliyevin namizədliyini irəli sürməməsidir.

 

İlham Əliyev 56 saylı Xaçmaz kənd seçki dairəsinin deputatıdır. YAP həmin seçki dairəsindən Kənan Mərdanovun namizədliyini irəli sürüb.

 

Qeyd: İ.Əliyev Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin kürəkənidir.(pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top