“İdman Nazirliyi qədər idmandan başı çıxmayan ikinci nazirlik yoxdur” – FOTO

İDMAN 27 dek 2019, 20:07

“CBC Sport” kanalı Gənclər və İdman Nazirliyi barədə sərt ittiham səsləndirib.

 

Demokrat.az xəbər verir ki, buna səbəb nazirliyin bu gün ilin yekunları ilə bağlı açıqladığı nominasiyalarda KİV-lər arasında kanalın adının yer almaması olub. Telekanalın şərhçisi və rəsmisi Rüstəm Əfsərli "Facebook" hesabında məsələ ilə bağlı paylaşım edib:

 

“Gənclər və İdman Nazirliyinin nominasiyalarında qalib gəlmiş həmkarlarımı ürəkdən təbrik edib, onların uğurlarına sevindiyimi tam səmimiyyətimlə qeyd edərək, ölkədə ən çox idman tədbiri işıqlandıran CBC Sport kanalının adının növbəti dəfə bu siyahıda olmaması ilə əlaqədar bəyan edirəm ki, həqiqətən də Azərbaycanda öz sahəsindən bu qədər başı çıxmayan ikinci nazirlik yoxdur".

 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top