Mehriban Əliyevanın yeni köməkçisi Andrey Sipilin kimdir? –DOSYE

GÜNDƏM 26 dek 2019, 12:33

Xəbər verdiyimiz kimi, Azərbaycanın Birinci vitse-prezidentinə yeni köməkçi təyin edilib.

 

Demokrat.az yeniavaz.com-a istinadən xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunan Andrey Sipilin daha əvvəl "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.

 

Birinci vitse-prezidentinə yeni köməkçi bundan əvvəl - 2004-2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib.  2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində  İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Andrey Sipilin 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top