Zeynəb Xanlarova da deputatlığa namizədliyini irəli sürdü

SİYASƏT 25 dek 2019, 18:03

V çağırış Milli Məclisin deputatı, Xalq artisti Zeynab Xanlarova 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

 

Demokrat.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

 

Bildirilib ki, Z.Xanlarova 50 saylı Abşeron-Qobustan seçki dairəsindən namizədliyini irəli sürüb. Məlumatda onun namizədliyinin irəli sürülməsinin təsdiqləndiyi də qeyd olunub.

 

Məsələ ilə bağlı deputatın köməkçisi və dairə seçki komissiyası ilə əlaqə saxlasaq da, cavab ala bilmədik.

 

Qeyd: 83 yaşlı Zeynəb Xanlarova 1 985-ci ildən deputatdır. (pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top