Samir Şərifov yeni quruma direktor TƏYİN ETDİ – FOTO

İQTİSADİYYAT 25 dek 2019, 17:52

Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinə direktor təyin edilib.

 

Demokrat.az Report.az-a istinadən xəbər verir ki, bununla bağlı maliyyə naziri Samir Şərifov əmr imzalayıb.

 

Əmrə əsasən, sözügedən vəzifə Azər Mursaqulova həvalə olunub.

 

Xatırladaq ki, Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi Prezident İlham Əliyevin bu il oktyabrın 16-da imzaladığı fərmana əsasən yaradılıb. 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top