ADP-nin sədr müavini: “Passiv, ideyasız deputatlardan can qurtarmalıyıq”

SİYASƏT 24 dek 2019, 21:11

“Təmsil olunduğum Azərbaycan Demokrat Partiyasının ümumi siyahısı üzrə qarşıdan gələn növbədənkənar parlament seçkilərində iştiraka qərar verdim”.

 

“AzPolitika.info” xəbər verir ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini, Nizami rayon 24 saylı Birinci Seçki Dairəsindən namizədliyi elan olunmuş Nurəddin İsmayıl seçki ilə bağlı açıqlamasında belə deyib. O, təqdim etdiyi sənədlər əsasında Nizami rayon 24 saylı Birinci Seçki Dairəsindən imza vərəqələrimi aldığını və yaxın günlərdə imazaların toplanması kampaniyasına başlayacağını açıqlayıb.

 

“Keçdiyim həyat yolu, zamanında dövlət strukturlarında təmsil olunmağım, siyasi fəaliyyətim dövründə əldə etdiyim təcrübə və təbii ki, ölkə həyatının bütün sahələrində başladılan yeniləşmələr məni bu seçkilərdə şanslı edən faktorlardır. Normal rəqabət mühiti olacağına əminliyimi ifadə etməklə adı çəkilən dairədən namizədliyi irəli sürülən bütün iştirakçılarla sivil qaydada rəqabət aparmağa, öz seçki platformamı ortaya qoymağa, mənə dəstək olan seçilərin etimadını doğrultmağa iddialıyam”, - N.İsmayıl bəyan edib.

 

ADP təmsilçisi əlavə edib ki, parlament hakimiyyətin mühüm əhəmiyyət daşıyan, onun qanunverici bazasını təşkil edən bir qoludur və bu sahədə mütərəqqi dəyişikliklər olmasını istəyirksə, modern təfəkkür tərzinə, effektli fəaliyyət gücünə malik yeni simaların təmsilçiliyi qəbul edilməli, passiv, ideyasız və yalnız kimlərinsə hesabına parlamentə düşən şəxslərdən can qurtarmalıyıq. “Ümid edirəm ki, bu seçkilərin demokratik, ədalətli, şəffaf keçirilməsi təmin edilərsə gərəkli insanlarımızın parlament kürsüsündən xalqı doğru, dürüst, etibarlı şəkildə təmsil etməsi reallaşa bilər. Bu yolda özüm də daxil olmaqla, parlamentdə təmsilçilik uğrunda mübarizəyə start verən hər bir iştirakçıya bu çətin və şərəfli vəzifənin öhdəsindən gəlmələri üçün nailiyyətlər arzulayıram”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top