Qüdrət Həsənquliyev Səməd Seyidova rəqib olacaq?

SİYASƏT 24 dek 2019, 21:41

Fəttah Heydərov isə Naxçıvandan namizəd olacaq

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin parlament seçkilərinə hansı dairədən qatılacağı məlum olub.

 

Demokrat.az-ın məlumatına görə, Q.Həsənquliyev Bakıdan - 36 saylı Xətai dördüncü Seçki Dairəsindən namizədliyini irəli sürüb. Partiya sədri saytımıza bu məlumatı təsdiq edib.

 

Xatırladaq ki, sözügedən dairəni hazırda Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov təmsil edir. O, bir neçə seçki məhz bu dairədən mandat alıb.

 

S.Seyidovun Q.Həsənquliyevə rəqib olub-olmayacağı çox böyük ehtimalla sabah məlum olacaq. Hakim partiyanın öz namizədlər siyahısını məhz sabah açıqlayacağı gözlənilir.

 

Qeyd edək ki, Qüdər Həsənquliyev sonuncu seçkidə Naxçıvan Muxtar Respublikasından (NMR) - 7 saylı Ordubad-Culfa Seçki Dairəsindən millət vəkili seçilmişdi. Mediada yayılan xəbərlərə görə, bu dəfə həmin dairədən Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov namizəd olacaq.

 

F.Heydərov uzun müddət Qəbələ rayonunu Milli Məclisdə təmsil edib. (azpolitikainfo)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top