“Yeni parlamentdə sovet təfəkkürlü deputatların çoxu olmayacaq” – Məhərrəm Zülfüqarlı

SİYASƏT 24 dek 2019, 15:57

“Növbədənkənar parlament seçkilərində rəqabət də, seçici aktivliyi də daha yüksək olacaq”.

 

Demokrat.az xəbər verir ki, bunu Modern.az-a parlament seçkilərinə marağın artmasından danışarkən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının  (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib. O, xüsusilə qeyd edib ki, parlament bələdiyyə institutundan daha nüfuzlu orqan olduğuna görə, seçicilər də deputat seçimində maraqlıdırlar:

 

“Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin daha demokratik keçirilməsinə imkanlar böyükdür. Seçkiləri izləyəcək xarici müşahidəçilərin çoxluğu da diqqət edilməli məqamlardan biridir. Bu göstərir ki, beynəlxalq ictimaiyyətin Azərbaycandakı parlament seçkilərinə diqqəti güclüdür. Hesab edirəm ki, yeni formalaşacaq parlamentdə sovet təfəkkürlü deputatların çoxu olmayacaq. Daha çox gənclərə yol açılacağı aydın görümür. Əgər bütün bu proseslər qeyd olunan şəkildə davam edərsə, Azərbaycan gəncləşmiş parlamentin formalaşmasından ancaq qazana bilər”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top