"Gələcəkdə Prezidentlə müsahibəyə internet media nümayəndələrini də dəvət etmək doğru olardı" — TƏKLİF

GÜNDƏM 24 dek 2019, 13:33

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Prezident İlham Əliyevin ilin yekunu ilə bağlı yerli jurnalistlərə verdiyi müsahibəsini təqdir edib. 


Demokrat.az xəbər verir ki, Osman Gündüz gələcəkdə Prezidentlə müsahibəyə internet media nümayəndələrinin də dəvət edilməsini təklif edib. 


Bununla bağlı Osman Gündüzün fikirlərini təqdim edirik: 


"Prezident İlham Əliyevin ilin yekunu ilə bağlı yerli jurnalistlərə geniş müsahibəsinə baxdım.
İlkin təəssüratım və diqqətimi cəlb edən məqamlar :


1. Bu tip format ilkin mərhələ üçün yaxşı və faydalı təşəbbüsdür.


Jurnalist seçimi də məntiqlidir: AzTV, İTV və ARB TV-dəki son müsbət dəyişikliklər, ictimai rəyə təsir imkanlarının genişlənməsi göz önündədir.


ATV də özəllər içərisində nisbətən seçilir. Əlbəttə, gələcəkdə bu formatı genişləndirmək, internet media nümayəndələrini də dəvət etmək, sualları onlayn da, sosial media üzərindən də qəbul etmək doğru olardı.


2. Maraqlı və diqqətçəkən məqam belə bir formatın Əli Həsənovdan sonrakı dövrdə baş tutmasıdır. Görünür ki media sektorunun yeni KURASİYASI Prezidentin media əlaqələrinə və informasiya siyasətinin qurulmasına daha fərqli və liberal yanaşır.

 

Image result for Osman Gündüz


3. Prezidentin cavabları səmimi və açıq, hazırlıqlı olması təsirini bağışayırdı


4. Məmurlara qarşı hədsiz sərt çıxışları, onların bir çoxunun deqradasiyaya uğraması ilə bağlı açıqlaması bu, bu xəmirin çox su aparacağından" xəbər verir.


5. Daha çox diqqətimi cəlb edən isə ictimai nəzarətin hədsiz zəif olması, hətta "ibtidai səviyyədə" olması ilə bağlı cavabları oldu. Tam doğru, reallığı tam əks etdirən yanaşma idi.
Özümün də bu sektorda olmasını nəzərə alsaq, təəsüfləndirici məqamdır.İçi mən qarışıq bir sıra ekspertlər tez- tez bu problemi səsləndirib.


QHT-lərə Dəstək Dövlət Şurasının vətəndaş cəmiyyətinin inkişafı əvəzinə bütün resurslarını adi bir elektron xidmət olan SƏLİSin təqdimatına sərf etməsinin məntiqi sonu yalnız belə ola bilərdi.


Ümid edirəm ki QHT və media sektoru Prezidentin bu istiqamətdə olan daha bir yeni çağırışına reaksiya verəcəklər.


6. Kadr islahatlarının 5 il tez qeyri mümkün və 2 il gec isə çox gec ola biləcəyi ilə bağlı fikirləri düşündürücü və maraqlıydı.


7. Yeni parlamentin tərkibi ilə bağlı da açıqlamaları ciddi dəyişikliklər olacağından xəbər verir.


8. Şərq Tərəfdaşlığı ilə bağlı suala verilən cavabları məndə müəyyən narahatçılıq dolu suallar yaratdı.


9. Düşünürəm ki, daha da maraqlı-ictimai əhəmiyyət kəsb edən suallar da verilə bilərdi. Gələcəkdə, fikrimcə bu tip tədbirlər, tez -tez olarsa, konkret mövzular, məsələn, ölkədəki rəqəmsal transformasiya, ASAN 2.0, konkret sosial problemlər, iqtisadi islahatlar və s. mövzularda müsahibənin olması daha maraqlı və faydalı olardı".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top