“İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Qafqazın lider dövlətinə çevrilib” – Gürcüstanlı deputat

SİYASƏT 24 dek 2019, 14:27

Azərbaycan- Gürcüstan arasındakı bütün sahələri əhatə edən strateji tərəfdaşlıq ulu öndərimizdən gələn siyasi-iqtisadi və mədəni əlaqələrimizin davamı kimi, Prezident İlham Əliyevin yürütdüyü qardaşlıq və dostluq, yaxın qonşuluq siyasəti sayəsində soydaşlarımızın bugünkü həyatında mühüm dəyişiliklərə səbəb olub.

 

Modern.az-ın məlumatına görə, bu sözləri Gürcüstan Parlamentinin deputatı Azər Suleymanov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin doğum günü münasibətilə bağlı fikirlərini bölüşərkən bildirib.

 

“Əminliklə deyə bilərəm ki, Azərbaycan Respublikası onun rəhbərliyi altında qazandığı uğurlarına görə, Qafqazın ən nüfuzlu lider dövlətinə çevrilib. İki qonşu dövlət arasında əldə edilmiş böyük layihələr, geriyə dönüşü olmayan razılaşmalar bundan sonra da ölkələrimizin və Azərbaycan - Gürcü xalqlarının mənafeyi naminə onun qətiyyətinə dayanaraq, dostluq münasibətlərinin durmadan möhkəmlənməsinin etibarlı əsası olacaqdır”,-deyə millət vəkili qeyd edib.

 

A.Süleymanov Prezident İlham Əliyevi Gürcüstanda yaşayan soydaşlarımız adından doğum günü münasibətilə təbrik edib.


“Gürcüstanda yaşayan soydaşlarımız adından səmimi qəlbdən Prezident İlham Əliyevi təbrik edir və ən xoş dualarımızı çatdırıram. İnanıram ki, yaxın zamanda İlham Əliyevin rəhbərliyi altında Azərbaycanımızın ərazi bütövlüyü bərqərar olunacaq, xalqımıza əbədi sülh, əmin-amanlıq və firavanlıq gətirələcək”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top