Qarabağda hər an müharibə başlaya bilər – Keçmiş baş “çekist” Paşinyan barədə sərt DANIŞDI

SİYASƏT 23 dek 2019, 23:27

Qarabağ cəbhəsində hərbi əməliyyatların təhlükəsi xeyli artıb. Hər an müharibə başlaya bilər.

 

Oxu.Az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərinə görə, ölkənin Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan belə bəyanatla çıxış edib.

 

O bildirib ki, Ermənistan hakimiyyətinin intellektual çatışmazlığı ilə bu əməliyyatlara rəhbərlik etməsi qəbuledilməzdir.

 

O, Ermənistanın Baş naziri Nikol Paşinyanı nəzərdə tutaraq deyib:

 

“Kalaşnikov” avtomatının istifadəsini praktiki olaraq bacarmayan bir adamın yeni hərbi əməliyyatlar şəraitində təmas xəttinin müdafiəsini təşkil edə bilməyəcəyini dəqiq anlamalıyıq”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top