“Heç bir jurnalist seçki prosesini işıqlandırdığı üçün təzyiqlə üzləşməyib”

GÜNDƏM 23 dek 2019, 19:25

“Bu il jurnalistlər bələdiyyə seçkilərində daha maraqlı idilər”.

 

Demokrat.az xəbər verir ki, bunu Modern.az-a Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib. 


O jurnalistlərin fəallığını öz həmkarlarının da seçkilərdə namizəd olması ilə əlaqələndirib:
 

“Seçkilərin jurnalistlərdə maraq doğurmasına əsas səbəb öz həmkarlarının da namizəd olması idi.Azərbaycan mediası aktiv şəkildə həm prosesi işıqlandırdılar həm də seçkidə namizəd olan dostlarının, həmkarlarının fəal təbliğatını apardılar”.

 
Müşviq Ələsgərli insanların yeni seçkilərə böyük ümidlər bəslədiyini əlavə edib.


“Bu il cənab prezidentin həyata keçiridiyi islahatlar, korrupsiya sisteminə zərbə də bu sahədə öz rolunu oynadı. Elə şəxslər ifşa olundu ki, onlar bilavasitə olaraq seçki gedişatına da təsir edirdi. Saxtakar məmurların işdən uzaqlaşdırılması insanlarda seçkilərə inam yaratdı. Hələ ki, heç bir jurnalist seçki prosesini işıqlandırdığı üçün təzyiqlə üzləşməyib.Ümid edirik ki, nəticələr ədalətli olacaq, jurnalist həmkarlar da uğurlu nəticə əldə edəcək. Güman edirəm ki, əhalinin seçkiyə olan ümidləri boşa çıxmayacaq”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top