Maliyyə naziri: "Gələn il Dünya Bankından kredit almağı nəzərdə tuturuq"

İQTİSADİYYAT 23 dek 2019, 16:50

“Beynəlxalq maliyyə-kredit təşkilatlarından kreditlərin cəlb edilməsi bir tərəfdən davam etdirilir, digər tərəfdən isə biz çalışırıq ki, bizim xarici borc üzrə qaytardığımız məbləğ hər il cəlb etdiyimiz borcdan aşağı olsun. Bunun nəticəsində biz qarşımıza qoyduğumuz məqsədə, xarici dövlət borcunun azaldılmasına nail oluruq”. 

“Report” xəbər verir ki, bu barədə Maliyyə naziri Samir Şərifov deyib.

S.Şərifovun sözlərinə görə, bu vəzifə bizim qarşımıza ölkə Prezidenti tərəfindən qoyulub: “Beləliklə, növbəti il də istisna olmayacaq. Bəzi beynəlxalq qurumlardan, əsasən Dünya Bankından borcların cəlb edilməsi nəzərdə tutulur. Artıq bizim bu təşkilatlarla razılığımız əldə edilib. Burada əsas məsələ Azərbaycanda məşğulluq imkanlarının yaradılmasına dair layihənin həyata keçirilməsi ilə bağlıdır. Bu məsələdə Dünya Bankının təcrübəsindən, onların texniki biliklərindən istifadə olunacaq. Bu layihədə daha çox maliyyə vəsaitinin cəlb edilməsi deyil, beyin məhsullarının texniki ekspertizasının həyata keçirilməsı məqsəd kimi qoyulub. Bununla bağlı kredit üzrə danışıqlar həyata keçirilməkdədir və növbəti ildə biz onun imzalanmasının şahidi olacağıq.

Digər layihə də bizim məhkəmə sistemimizin elektronlaşdırılması layihəsidir. Bildiyiniz kimi bu layihənin ilkin mərhələsi artıq başa çatdırılıb. Bu layihə də Dünya Bankı ilə həyata keçirilib. Onun davam etdirlməsi də məqsədə uyğun hesab edilib və Dünya Bankından kreditin cəlb edilməsi nəzərdə tutulub”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top