"Qarabağ"ın sabiq üzvü "Xocalı"da — FOTO

İDMAN 22 dek 2019, 23:44

Noyabrın 20-də yaradılan "Xocalı" futbol klubunda yeni təyinat baş tutub.


Demokrat.az xəbər verir ki, ilkin hədəfləri uşaq futboluna töhfə vermək olan komandanın dünən keçirilən İdarə Heyətinin iclasında baş koordinator vəzifəsinə veteran futbolçu Azər Cabbarovun gətirilməsi qərara alınıb.


Futbolçu karyerası ərzində "Xəzri" (Buzovna), "Fərid", "Bakılı", "Kəpəz", "Qarabağ", "MKT-Araz", "Qəbələ", "Karvan", "Muğan", "Abşeron" və "Neftçala" klublarının heyətində çıxış etmiş A kateqoriyalı Cabbarov "Əlincə"nin U-13 komandanısın baş məşqçisi olub, "Zirə" və "Neftçala"da isə köməkçi məşqçi vəzifələrində çalışıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top