Nazim Süleymanov yeni təşkilat yaratdı

İDMAN 22 dek 2019, 22:55

Nazim Süleymanovun rəhbəri olduğu Futbol Veteranlarının Həmkarlar İttifaqı fəaliyyət sahəsini genişləndirib.


Demokrat.az xəbər verir ki, qurum İmişli, Masallı, Lənkəran və Şirvanın ardından növbəti yerli təşkilatını Sumqayıtda yaradıb. 


Sumqayıtın futbol ictimaiyyəti ilə daha böyük miqyasda görüş keçirməyi planlaşdıran təşkilatın təsis toplantısına 30-a yaxın şəxs qatılıb. Yerli təşkilatın yaradılmasının zəruriliyi qeyd edilib və üzvlər arasında yetkinliklə razılıq ifadə olunub.


Ardında iclasın sədri və katibi seçilib. Sədr Zahir Həsənov, katib isə İsabala Əliyev olub. AFFA Həmkarlar İttifaqının nizamnaməsi yerli təşkilat tərəfindən qəbul edilib. 


Sumqayıt şəhər futbol ictimaiyyətinin yerli həmkarlar təşkilatının  Həmkarlar İttifaqının tərkibinə daxil olması və xidmətə götürülməsi haqqında məsələyə baxılıb və müsbət rəy verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top