“Liverpul” tarixində ilk dəfə dünya çempionu oldu – VİDEO

İDMAN 22 dek 2019, 09:23

Futbol üzrə klublararası dünya çempionatına yekun vurulub.  


Turnirin final oyunu İngiltərənin “Liverpul” və Braziliyanın “Flamenqo” klubları arasında keçirilib. 

 

Həlledici görüşün əsas vaxtında qapılara qol vurulmayıb.  

 

Əlavə vaxtda isə Avropa təmsilçisi Roberto Firminonun vurduğu qolla (99) qalib gələrək mundialın qızıl medallarına sahib çıxıb. 

 

Bu gün həm də üçüncü yer uğrunda oyun keçirilib. Səudiyyə Ərəbistanının “Əl Hilal” komandası Meksika “Monterrey”i ilə üz-üzə gəlib.  

 

Bu matçın da əsas vaxtı heç-heçə bitib – 2:2.  


Penalti seriyasında 4:3 hesabıyla üstün olan meksikalılar bürünc medalları qazanıblar. (Oxu.az)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top