Karlo Ançelotti Liverpul klubuna baş məşqçi gətirildi

İDMAN 21 dek 2019, 20:16

Bir neçə gün öncə “Napoli”dən ayrılan Karlo Ançelottinin yeni iş yeri müəyyənləşib.

 

Oxu.Az Liverpul klubunun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis karyerasını İngiltərədə davam etdirəcək. 

 

60 yaşlı çalışdırıcı “Everton”un baş məşqçisi təyin olunub. Təcrübəli məşqçi ilə 2024-cü ilin yayına qədər müddəti əhatə edən 4,5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Karlo Ançelotti bundan əvvəl də Premyer Liqada işləyib. O, 2009-2011-ci illərdə “Çelsi”ni çalışdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top