Bu bankın mətbuat katibi yox imiş... — FOTO

İQTİSADİYYAT 19 dek 2019, 19:05

Jurnalistlərdən biri “Muğanbank”-a müraciət etsə də, ancaq suallarına cavab ala bilməyib. Bununla bağlı həmin jurnalist şikayətini Demokrat.az vasitəsilə “Muğanbank” rəhbərliyinin diqqətinə çatdırıb.


Şikayətçi qeyd edir ki, ölkənin məşhur banklarından biri olan “Muğanbank”-da mətbuatın suallarına cavab verən şəxs yoxdur. 


Onun sözlərinə görə, şəffaflıq və KİV nümayəndlərinin suallarına cavab verilməsi baxımından hər bir bankın sözçüsünün olması vacibdir.


Qeyd edək ki, bankın Müşahidə Şurasının sədri Elmir Mehdiyev olsa da, bankın sahibinin "Odlar Yurdu" Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyev olduğu deyilir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top